MSK sədri siyasi partiyalara müraciət edib

  • 18:52 - 23 Yanvar

"Partiyalar seçki müddətində partiyadan çıxarılanlar barədə bizə məlumat verməlidir ki, onların həmin partiyaya üzv olduqları bülletenlərdə göstərilməsin".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, bəzi yerlərdə siyasi partiyaların nümayəndələri qeydə alınıb: “Onlar özlərinin hansısa siyasi partiyaya mənsub olduğunu göstəriblər. Qanunvericiliyin tələbinə görə, onlar siyasi partiyadan kənarlaşdırılırsa, siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə, bununla həmin siyasi partiya MSK-ya məlumat verməlidir. Partiya məlumat verdiyi halda o şəxslərin partiya mənsubiyyəti göstərilmir, bitərəf kimi qeyd olunur. Bununla bağlı MSK-ya bəzi partiyalar bu cür məlumatlar göndəriblər. Beləliklə, məlumatlar təqdim olunduğu şəkildə, həmin şəxslər həm MSK-nın bazasında, həm də seçki bülletenində bitərəf kimi qeyd olunacaq”.

MSK sədri həmçinin bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən, səsvermə gününə azı 10 gün qalmış səsvermə bülletenlərinin çapına başlanılmalıdır: “Ona görə də bu məsələlər ən geci 29 yanvaradək həll olunmalıdır”. 


Oxunma sayı: 6821

Oxşar yazılar