Məzahir Pənahov sosial şəbəkələrlə bağlı namizədlərə müraciət edib

  • 18:22 - 23 Yanvar

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deputatlığa namizədlərə müraciət edib.

Avropa.info xəbər verir ki, o, namizədləri qanunvericiliyin tələblərinə uyğun davranmağa çağırıb.

"Dəfələrlə sosial şəbəkələrlə bağlı namizədlərə müraciətlər etmişik. Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun davransınlar və onlara əməl edilsin”, - MSK sədri əlavə edib.


Oxunma sayı: 12673

Oxşar yazılar