Azərbaycanda uşaq bağçası yandı
- 18:00 - 23 Yanvar
Quba rayonunda uşaq bağçasında yanğın baş verib.
Avropa.info report-a istinadən xəbər verir ki, hadisə İkinci Nügədi kəndində yerləşən 12 saylı uşaq bağçasında qeydə alınıb.
Yanğın kənd sakinlərinin müdaxiləsi ilə yanğınsöndürənlər gələnədək söndürülüb, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.