Seçicilərə ərzaq paylayan namizədlə bağlı araşdırma aparılır

  • 17:37 - 23 Yanvar

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kmi qiymətləndirilən hərəkətləri qeydə alınıb.

Avropa.info azvision.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bu gün keçirilən iclasda bildirib. Onun sözlərinə görə, bununla bağlı həmin dairədən olan digər namizədlərdən MSK-ya məlumat daxil olub:

“Tural Zeynalovun seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeynalov özü də sosial şəbəkədəki profilində belə fotolar paylaşıb. Belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır”.

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılmasına dair qərar qəbul edilib.


Oxunma sayı: 6579

Oxşar yazılar