Meymunlar Səudiyyə Ərəbistanının bu şəhərini ələ keçirdi

  • 17:28 - 23 Yanvar

Səudiyyə Ərəbistanın az qalan babuin meymunları Fifa liman şəhərində yerləşən ev və fermalara hücum edib, malikanələrə ziyan vurub.

Avropa.info xəbər verir ki, bu barədə yerli “Sabaq” qəzetinə müsahibə verən sakin hadisə barəsində “Meymunlar Fİfadakı evlərimizə hücum etdikdən sonra fermamızın məhsullarına ziyan verib. Suyumuzdan içib çirkləndirdikləri üçün çox narahatıq” deyib.

Meymunların hücumundan qəzəblənən fermer etirazını belə ifadə edib:

“Meymunlar daha əvvəl gəlmədikləri yüksək və qələbəlik yerlərə işğal etməyə başladılar. Evlərə girərək yeməkləri alıb qaçıblar. Meymunlarla mübarizə aparmaq imkanımız yoxdur. Meymunlar nəzarətə götürülməzsə, fermalarla yanaşı şəhər əhalisinə də ziyan vurmaq ehtimalları var. Səlahiyyətli şəxslər bir an əvvəl meymunları şəhər xaricinə çıxarmalı və nəzarətə götürməlidirlər”.


Oxunma sayı: 8405

Oxşar yazılar