Ötən il qeydiyyata alınan dini icmaların sayı açıqlandı

  • 16:53 - 23 Yanvar

2019-cu il 941 dini icma dövlət qeydiyyatına alınıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Avropa.info-ya verilən məlumata görə, onlardan 906-sı İslam, 35-i qeyri-islam təmayüllü, 24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Ötən il isə 34 dini icma (31-i İslam, 3-ü qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb.


Oxunma sayı: 3092

Oxşar yazılar