Diyarbəkirli anaların etiraz aksiyasına daha bir ana qoşuldu

  • 16:40 - 23 Yanvar

Diyarbəkirli anaların övladlarına qovuşmaq ümidiylə başlatdıqları etiraz aksiyasına qoşulanların sayı artmağa davam edir

Diyarbəkirli anaların dağlara qaçırılan övladlarına qovuşmaq ümidiylə 143 gün əvvəl HDP-nin Diyarbəkir təşkilatının binası qarşısında başlatdıqları etiraz aksiyasına qoşulanların sayı artmağa davam edir. 

Avropa.info xəbər verir ki, Hakkaridən 10 il əvvəl 14 yaşındaykən PKK terror təşkilatı tərəfindən dağa qaçırılan oğlu Fərzəndə üçün gələn ana Vəsilə Alkan da etiraz aksiyasına qoşulub.

Kürdcə açıqlamasında oğlunun diş həkiminə getmək üçün evdən çıxdığını söyləyən Vəsilə ana oğlunu hər yerdə axtardığını, ancaq tapa bilmədiyini bildirib.

Vəsilə Alkan “Sonra oğlum bizə zəng etdi, terror təşkilatının gəlməsinə icazə vermədiyini dedi. Oğlum, gəl, dövlətinə təslim ol. Allah dövlətdən razı olsun. İnşallah hamıya şad xəbər gələr, mən də sevincli bir xəbər alaram”, - deyə vurğulayıb.


Oxunma sayı: 7998

Oxşar yazılar