“Liviyaya əlavə hərbçi göndərməyəcəyik” – Mövlud Çavuşoğlu

  • 16:28 - 23 Yanvar

Türkiyə xarici işlər naziri Çavuşoğlu RİA Novosti agentliyinə verdiyi müsahibədə Liviya böhranınan münasibət bildirib.

Avropa.info xəbər verir ki, Çavuşoğlu Berlində nazirlər səviyyəsində keçiriləcək Liviya konfransının tarixinin təşkilatçı ölkə Almaniya tərəfindən müəyyən ediləcəyini, konfransın fevralın ilk həftəsində keçiriləcəyini deyib.

Türkiyəli nazir ölkəsinin Liviyadakı hərbçilərin sayını artırmayacağını bildirib:

“Liviyada atəşkəsə əməl edildiyi müddətdə heç kimin hərbi məsləhətçi, birlik və ya başqa ölkələrdən muzdlu hərbçi göndərməyəcəyi, heç bir formada əlavə personal göndərməməsi məsələsində razılaşdıq. Hər kəs öhdəlik götürdü”.


Oxunma sayı: 5776

Oxşar yazılar