Bakıda oğurlanan "Zil" rayonda tapıldı

  • 16:07 - 23 Yanvar

Bakının Sabunçu qəsəbəsində avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən xəbərə görə, oğurluqla bağlı qəsəbə sakini S.Quliyev Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edib.

O, yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin yanvarın 22-də Hacıqabul-Horadiz yolunun 92-ci kilometrliyində hərəkətdə olması müəyyən edilib.

Görülmüş tədbirlərlə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəqliyyat vasitəsini saxlayıb və onu idarə edən S.Quliyevlə birgə İmişli Rayon Polis Şöbəsinə təhvil verib.

Araşdırma aparılır.


Oxunma sayı: 3785

Oxşar yazılar