İmişli Şəkər zavodunda problem həll olundu – İxtisara salınan 500 fəhlə işinə bərpa edildi (Özəl)

  • 15:41 - 23 Yanvar

İmişli Şəkər zavodundan işdən çıxarılan 500 nəfər fəhlənin problemi həll olunub.

Şəkər zavodunda işləyən fəhlələr Avropa.info-nun bölgə müxbirinə bildiriblər ki, sabahdan öz işlərinə başlayacaqlar. 

Xatırladaq ki, Şəkər zavodunun işçiləri kütləvi şəkildə ixtisara salınmışdı. 

Qeyd edək ki, İmişli Şəkər Zavodu Azərbaycanın ən böyük zavodlarındandır. Gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malik zavodda 1400 nəfər çalışır.


Oxunma sayı: 28744

Oxşar yazılar