“Sonu Süleymani ilə eyni olacaq” - ABŞ-dan Qüds Qüvvələrinin yeni komandanına təhdid

  • 15:22 - 23 Yanvar

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk SEPAHA-ın bağlı Qüds Qüvvələrinin komandanlığına təyin olunan briqada generalı İsmayıl Kaanini hədələyib.

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanın “Şarkul Avsat” qəzetinə verdiyi müsahibədə Huk Süleymaniyə qarşı aeroporta həyata keçirilən sui-qəsd barəsində “İran rejimi üçün doldurulmayacaq boşluq formalaşdı. Əgər İsmayıl Kaani də amerikalıları öldürmə yoluna davam edərsə, sonu eyni olacaq” deyib.

O, regiondakı amerikalılar və ABŞ maraqlarına qarşı hücumlara görə, İran rejimi və dəstək qüvvələrinin məsuliyyət daşıyacağını bildirib.

İrandakı hökumət əleyhinə keçirilən aksiya iştirakçılarını ABŞ rəsmisi “qəhrəman” adlandırıb.


Oxunma sayı: 8845

Oxşar yazılar