ABŞ İraqda “Patriot”lar yerləşdirmək istəyir

  • 14:41 - 23 Yanvar

İranın raket hücumunu yenidən təkrarlaması ehtimalına qarşı İraqda “Patriot” HHM sistemləri yerləşdiriləcək.

Avropa.info xəbər verir ki, məlumatı ABŞ-ın “Fox News” telekanalı Pentaqon rəsmisinə istinadən yayıb. ABŞ-ın Səudiyyə Ərəbistan, Küveyt, BƏƏ və Qətərdəki hərbi hissələrini qorumaq üçün “Patriot” sisteminin olduğu qeyd olunub.

İrana yaxınlığı ilə tanınan İraqın Bədir Briqadası komandiri Hadi Əmiri liderliyində Fəth Koalisiyası millət vəkili Kərim Allavi Pentaqona ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı İraq parlamentinin 5 yanvar tarixli qətnaməsini xatırladıb.

Allavi HHM sisteminin yerləşdirilməsinin İraqın suverenliyinin pozulması olduğunu deyib. ABŞ qoşunlarının ölkədəki mövcudiyyətinin leqal olmadığını deyən Allavi HHM sisteminin yerləşdirilməsini də qəbul etmədiklərini bildirib.


Oxunma sayı: 6601

Oxşar yazılar