Makron İsrail təhlükəsizlik əməkdaşlarını kilsədən qovdu

  • 13:12 - 23 Yanvar

V Dünya Holokost Forumunda iştirak etmək üçün dünən İsrailə gedən Fransa prezidenti Emmanuel Makron israilli liderlərlə görüşdən sonra Fələstin bölgəsinə keçib.

Avropa.info xəbər verir ki, Makron burada Fələstin prezidenti Mahmud Abbas il görüşüb, Əqsa məscidini ziyarət edib. İsrail tərəfində isə Ağlama divarı ilə Müqəddəs Anna kilsəsini ziyarət edib, ancaq İsrail təhlükəsizlik əməkdaşlarını görüncə özündən çıxıb.

Emmanuel Makron kilsənin girişində mübahisə etdiyi israilli təhlükəsizlik əməkdaşına “Lütfən qaydalara əməl edin. Bu qaydalar əsrlərdir işləyir. Mənimlə dəyişməyəcəklər. Hər kəs qaydaları çox yaxşı bilir. Etdiyin hərəkət heç xoşuma gəlmədi. Buranı tərk et, lütfən” deyib.

Hadisə ilə bağlı İsrail kəşfiyyatı Şin Bet və Qüds Polis İdarəsinin verdiyi birgə bəyanatda təhlükəsizlik qüvvələrinin kilsədə Makronu müşayiət etməsinin əvvəlcədən planladığı açıqlanıb. 

İsrail tərəfi “Makron baş verənlərə görə üzr istədi və təhlükəsizlik personalının əlini sıxdı” açıqlaması versə də, Fransa prezidentinin administrasiyası Makronun üzr istəməsi ilə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, Müqəddəs Anna kilsəsi XIX əsrdə Fransanın Krım müharibəsindəki iştirakına minnətdarlıq olaraq Osmanlı Sultanı I Əbüdülməcid tərəfində İmperator III Napaleona hədiyyə edilib. Kilsə hələ də Fransa torpağı sayılır.


Oxunma sayı: 10506

Oxşar yazılar