Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
- 12:14 - 23 Yanvar
"Hazırkı məlumata görə, Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib". Avropa.info-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, beynəlxalq müşahidəçilər müraciətlərini ünvanlamaqda davam edirlər: “Ümid edirik ki, beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Bildiyiniz kimi seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalmışa qədər davam edir. Beynəlxalq müşahidəçilərin də akkreditasiyası həmin günə qədər davam edəcək. Bu günlərdə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması daha da intensivləşəcək”.