Çində 17 nəfərin ölümünə səbəb olan “Vuhan virusu” – Dünyanı şoka salan virusun səbəbi yarasa şorbasıdır

  • 11:56 - 23 Yanvar

Çində sürətlə yayılan koronavirus xəstəliyi üzündən bu günədək 17 nəfər həyatını itirib.

Avropa.info xəbər verir ki, 9 milyon əhalisi olan Vuhan şəhərində yayılan virus üzündən sakinlərə şəhəri tərk etməmək xəbərdarlığı edilib. Aeroport və qatar stansiyalarının sərnişinlərin üzünə bağlı olacağı bildirilir. Avtobus, metro, bərə və uzaq məsafəli nəqliyyat vasitələrinin fəaliyyəti yerli saatla bu gün 10:00-dan etibarən təxirə salınıb.

Virusun yayılma səbəb hələ tam məlum olmasa da, insanlara heyvanlardan keçdiyi təxmin edilir. Çinlilərin yediyi yarasa şorbasının virusun yayılmasının əsas şübhəli tərəfi kimi göstərilir.

Ortaya çıxdığı yerin adı ilə “Vuhan virusu” adlandırılan yeni koronavirus nəfəs, asqırıq və öskürmə yolu ilə hava ilə bulaşır. NCoV-in ilk simptomları yüksək temperaturlu qızdırma, boğaz ağrısı, öskürmə, nəfəs darlığı, nəfəsalmada problem və ishaldır. Xəstəliyin irəliləyən fazalarında zökəm və böyrək çatışmazlığına səbəb olur, son nəticədə ölümlə nəticələnir.


Oxunma sayı: 27710

Oxşar yazılar