AŞPA nümayəndələri partiya sədrləri ilə bir araya gəldi - Seçki müzakirəsi

  • 11:44 - 23 Yanvar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı müşahidə missiyasının üzvləri Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüş keçirib.

Avropa.info "Report"a istinadla xəbər verir ki, görüşdə bu ilin fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub.

Nümayəndə heyətinin üzvləri daha sonra Milli Məclisin rəhbərliyi və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcək.


Oxunma sayı: 5600

Oxşar yazılar