Bakıda 12 metrlik avtobuslar xəttə buraxıldı - Foto

  • 10:16 - 23 Yanvar

Bu gündən 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Avropa.info-ya verilən məlumata görə, agentliyin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik “İsuzu Citiport” markalı nəqliyyat vasitəsi ilə əvəz edib. 

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

 

 


Oxunma sayı: 8339

Oxşar yazılar