Razi Nurullayev İmişlinin Xoşçobanlı və Murğuzallı kəndlərində seçicilərlə görüşüb: “Onlar, sadəcə ləyaqətli yaşam istəyirlər”-FOTOLAR

  • 22 Yan - 2020

Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

Avropa.info xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayevin seçicilərlə görüşlər keçirir. Razi Nurullayev bu gün İmişlinin  Xoşçobanlı və Murğuzallı kəndlərində seçicilərlə görüşüb. Bu barədə o, özünün “facebook” səhifəsində yazıb. 

"Murğuzallı və Xoşçobanlı kəndlərində sakinlərlə görüşdüm. Yenə də inamsız, ümidi qırılmış insanlar... Ümid verdik, ruhlandırdıq və səmimi söhbətlər etdik. İmişli camaatının elə də böyük istəkləri, arzuları, tələbləri yoxdur. Onlar, sadəcə ləyaqətli yaşam istəyirlər. Onlar problemləri həll olunmasa belə millət vəkilini kəndlərində, yas və toy məclislərində görmək istəyirlər. Onlar millət vəkilini yaxından görmək, ona toxunmaq istəyirlər."

Razi Nurullayev adlı şəxsin şəkli.
Razi Nurullayev adlı şəxsin şəkli.
Razi Nurullayev adlı şəxsin şəkli.
Razi Nurullayev adlı şəxsin şəkli.
Razi Nurullayev adlı şəxsin şəkli.

Oxunma sayı: 3356

Oxşar yazılar