İran yanlışlıqla vurulan təyyarənin qara qutusunu heç bir yerə göndərməyəcək

  • 18:52 - 22 Yanvar

Tehranda yanlışlıqla vurulan Ukraynaya məxsus təyyarənin qara qutusu heç yerə göndərilməyəcək.

Avropa.info xəbər verir ki, bu sözləri İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami deyib.

Bu gün Nazirlər Şurasının iclasında bu məsələyə baxıldığını bildirən M.İslami qeyd edib ki, İran heç bir tələbə baxmayaraq, şifrələrin Tehranda tədqiq olunmasını istəyir.

Qeyd edək ki, İran Prezidentinin nümayəndəsi kimi M.İslami ötən gün Ukraynadan səfərdən qayıdıb. Səfər çərçivəsində o, Prezident Vladimir Zelenski ilə görüşüb və bir sıra razılaşma əldə edilib. Lakin İran vurulan təyyarənin qara qutusunun nə Ukraynaya, nə də 3-cü tərəfə verilməsinə razılıq verməyib.


Oxunma sayı: 6249

Oxşar yazılar