Haftarın adamları Tripoli aeroportunu bombaladı

  • 17:45 - 22 Yanvar

Liviya Milli Ordusunun generalı Xəlifə Haftarın tərəfdarları paytaxt Tripolinin “Mitiqa” aeroportunu atəşə tutub.

Avropa.info xəbər verir ki, bu barədə Anadolu Agentliyinə Milli Həmrəylik Hökumətinin mətbuat katibi Məhəmməd Kununu məlumat verib.

Onun sözlərinə görə, aeroport ərazisində “Qrad” qurğusundan buraxılan 6 mərmi partlayıb. Tripolinin hava rabitəsinə təhlükə yaranıb.


Oxunma sayı: 12354

Oxşar yazılar