“SUEZ Group”un baş icraçı direktoru Azərbaycanda reallaşdırdıqları layihələr barədə Prezidentə məlumat verdi

  • 17:20 - 22 Yanvar

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru Bertran Kamusla görüşüb.

Avropa.info xəbər verir ki, görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bertran Kamus rəhbərlik etdiyi şirkətin hazırda Azərbaycanda həyata keçirdiyi layihələr, bu layihələrin gedişi, həmçinin perspektiv proqramlar barədə məlumat verdi.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışan baş icraçı direktor "SUEZ Group"un kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı istiqamətində, habelə irriqasiya və meliorasiya sahəsində gələcək fəaliyyət proqramlarını Prezident İlham Əliyevə təqdim etdi.

Görüşdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev bildirdi ki, “SUEZ” şirkətinin Azərbaycanın aidiyyəti qurumları ilə fəaliyyəti barədə məlumatlıdır və əldə edilən nəticələr də qənaətbəxşdir.

Kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində “SUEZ” ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev 2018-ci ilin sonlarından başlayaraq Azərbaycanı yenidən şəkilləndirir. Söhbət həm hakimiyyət komandasından, həm də bütünlükdə idarəetmə təfəkküründən gedir. Bu gün biz hakimiyyət vitrininə baxdıqda ölkəmizin necə dəyişdiyini, yeniləndiyini aydın görə bilirik. Azərbaycanda islahat mərhələsi sürətlə davam edir, eyni zamanda uzun illər idarəetmədə olub yeniliklərə ayaq uydura bilmədiyi üçün prosesi ləngitmək istəyənlər var. Azərbaycan dövlətini indikindən daha güclü, cəmiyyəti daha sağlam görmək istəyən bütün qüvvələr səfərbər olmalıdır.


Oxunma sayı: 2751

Oxşar yazılar