Sensasiya : Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanı orada öldürəcəkdilər, lakin... - MİT rəhbərinə qarşı sui-qəsdin detalları açıqlandı

  • 17:00 - 22 Yanvar

“Hürriyyət” qəzetinin yazarı Əbdülqadir Selvi bugünkü köşə yazısında Türkiyə Milli Kəşfiyyat Təşkilatı rəhbəri  haqqında “7 fevralda MİT sədri Hakan Fidanı həbs etmək istəmişdilər. Hakan Fidan içəri girsə, sağ çıxa biləcəkdimi” sualını verərək FETÖ üzvlərinin Fidanı öldürmə planlarını açıqlayıb.

Avropa.info xəbər verir ki, Ankara Baş Prokurorluğu həbsdə olan sabiq MİT əməkdaşı Ənvər Altaylı haqqında “casusluq və terror təşkilatı idarəçiliyi” ittihamı ilə cinayət işi qaldırıb. Cinayət işində Altaylının 2008-də FETÖ lideri Fətullah Gülənə “Möhtərəm əfəndim” deyərək, yazdığı məktubların kompüterindən çıxdığı göstərilir.

“Hürriyyət” qəzetinin köşə yazarı Abdulqadir Selvi bugünkü köşə yazısında Nəcib Hablemitoğlu cinayəti və Hakan Fidanı nümunə göstərərək, “Hər üç hadisənin kəsişmə nöqtəsinin MİT olması sizə qəribə gəlmirmi” sualı verib.

“Sabiq MİT əməkdaşı Ənvər Altaylının Kaşif Kozinoğlu barəsində FETÖ-yə yazdığı məktub ortaya çıxdı. Altaylı Kozinoğlunun MİT sədri olmağa çalışdığını qeyd edib “Əgər belə bir şey olarsa, fəlakət olar” deyir. Bəs bu məktubdan sonra nə baş verir? Həbsxanaya sağ girən Kozinoğlunun çölə ölüsü çıxır.

Bu məktub çox vacibdir. Niyə? FETÖ-nü AK Partiyaya qarşı ilk əməliyyatı nə idi? 7 fevralda MİT sədri Hakan Fidanı həbs etmək istəmişdilər. Hakan Fidan içəri girsəydi, sağa çıxa biləcəkdimi? Daha bir sual. Daha bir qatı açılmayan cinayət hansıdır? Nəcib Hablemitoğlunun sui-qəsdi deyilmi? Bəs Habletimoğlu nə ilə mübarizə edirdi? Gülənlə. Hablemitoğlunun da MİT sədri olmaq istədiyi deyilirdi. Hər üç hadisənin kəsişmə nöqtəsinin MİT olması sizə qəribə gəlmirmi?”

15 iyul hərbi çevriliş cəhdini həyata keçirən FETÖ-nün 2012-ci ilin 7 fevralında MİT sədri Hakan Fidanı və 4 MİT əməkdaşına telefonla zəng edərək ifadə verməyə çağırmışdı. O dövrün baş naziri, indiki prezident Ərdoğanın cərrahi əməliyyat saatına tuş gələn əməliyya,t Ərdoğanın əməliyyata gec girməsi ilə baş tutmamışdı." - Abdulqadir Selvi belə yazıb.

Avropa.info


Oxunma sayı: 23024

Oxşar yazılar