Prezident İlham Əliyev Davosda parlamentin yeni tərkibi barədə danışdı

  • 15:24 - 22 Yanvar

2019-cu il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq.

“İnterfaks Azərbaycan” bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda deyib.

“Yaxın aylarda əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq”, - deyə İ.Əliyev bildirib.

Prezident qeyd edib ki, Azərbaycan qonşu ölkələr barəsində dostluq siyasəti yürüdür, “lakin milli maraqlar hər şeydən üstündür”. “Biz siyasi-iqtisadi sahədə ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos İqtisadi Forumun işində öz əksini tapıb. İnfrastruktur, yolların keyfiyyəti sahələrində bir çox nailiyyətlər əldə etdik, bu göstərici üzrə dünyada 27-ci yerdəyik”, - Prezident vrğulayıb.

İ.Əliyev əlavə edib ki, həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibi yenilənib. “Hökumətdə yeni adamlar var. Onlar yüksək səviyyədə təhsil almış və müsir dünyagörüşləri olan gənclərdir. Mən dəfələrlə demişəm ki, XXI əsrdə uğur qazanmaq yalnız XX əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də Prezident Administrasiyasında yeni adamlar lazımdır. Burada da böyük dəyişikliklər baş verib”, - Azərbaycan Prezidenti bildirib.


Oxunma sayı: 14763

Oxşar yazılar