“Trampla görüşsən səni Bağdaddan qovarıq” – Hizbullahdan İraq prezidentinə təhdid

  • 15:08 - 22 Yanvar

İraq prezidenti Bərhəm Saleh Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçə gedib.

Avropa.info xəbər verir ki, səfər çərçivəsində İraq prezidentinin ABŞ prezidenti Donald Trampla baş tutacaq görüşünü qəbul etməyən Hizbullah Briqadası görüşlə bağlı Salehə xəbərdarlıq göndərib. 

İraqın Hizbullah Briqadası təhlükəsizlik müşaviri Əbu Əli əl-Əsgəri sosial şəbəkələrdə verdiyi açıqlamada “Bərhəm Salehə axmaq Tramp və onu müşayiət edən qatillər dəstəsi ilə görüşməməsi barədə xəbərdarlıq etdik. Tramp və bandasının tökdüyü məsum qanları qulaqardına vurduğu üçün iraqlıların buna qarşı mövqeyi olacaq. O zaman sizə xoş gəlmədiniz deyəcəyik. Sizi qürurlu və şanlı Bağdaddan azad övladlarımız qovacaq” deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ağ Ev Trampın Davosda İraq prezidenti Bərhəm Saleh, İraq Kürd Regional Hökuməti sədri Nəçirvan Bərzani ilə görüşəcəyini açıqlamışdı. 

Xatırladaq ki, ABŞ keçən ilin sonu Kərkükdə amerikan bazasına qarşı təşkil olunan raket hücumunda bir amerikalının ölməsinə cavab olaraq İraqdakı Hizbullah Briqadasını bombalamışdı. 


Oxunma sayı: 8801

Oxşar yazılar