Yunanıstan tarixində bir ilk – Qadın prezident seçildi

  • 14:33 - 22 Yanvar

Yunanıstanın tarixində ilk dəfə bir qadın ölkənin prezidenti seçilib.

Avropa.info xəbər verir ki, parlamentdə 300 nəfərdən 261 nəfərinin səsini alan Yekatrini Sakellaropulu prezident olub.

Sakellaropulu mərkəz-sol keçmişi olan siyasətçidir. Onun seçilməsi hakimiyyətdə olan sağ hökumətlə münasibətlərin yumşalması addımı kimi qiymətləndirilir.

Yunanıstan parlament respublikası olduğununda prezidentin elə də vacib səlahiyyətləri yoxdur. Liderləri görüşə çağırıb bəzi məsələlərdə uzlaşma təmin etmək kimi simvolik səlahiyyətləri var.


Oxunma sayı: 6513

Oxşar yazılar