Kestutis Yankauskas: "Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik"

  • 14:17 - 22 Yanvar

“Azərbaycanda parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik”. Avropa.info xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, Azərbaycanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan və Avropa Şurasından seçkiləri izləmək üçün müşahidəçiləri dəvət etməsini müsbət qiymətləndirdiyini bildirərək deyib: “Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın vaxtlarda müşahidə missiyasının digər üzvləri də bura gələcək. Düşünürəm ki, biz tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişafı üçün Azərbaycanın yeni formalaşacaq parlamenti ilə də əməkdaşlıq edəcəyik”.


Oxunma sayı: 3642

Oxşar yazılar