Putinin yeni baş nazirinin təsdiqlədiyi hökumətdə bu nazirlər olmayacaq

  • 13:36 - 22 Yanvar

Putin tərəfindən təyin olunmuş yeni baş naziri Mixail Mişustin hökumətin aparatının yeni strukturunu təsdiqləyib.

Avropa.info xəbər verir ki, yeni sənədə əsasən, hökumət aparatının sədri Dimtri Qriqorenko 11 müavini olacaq. Onların arasında Dumanın mətbuat üzrə komitə sədri Leonid Levin və maliyyə nazirinin müavini İlya Trunin də adı var. Hökumət aparatının üzvlərinin maksimal sayı 1545 nəfər olacaq.

Yeni hökumətin mətbuat katibi sədri isə Boris Belyakov olub. Daha əvvəl o, Federal Vergi Xidmətində Mişustinin mətbuat katibi vəzifəsində çalışıb.

Mişustin bir müddət əvvəl yeni hökumətin tərkibini prezident Putinə təqdime tmişdi. Yeni hökumətə Dmitri Medvedevin bu nazirləri daxil edilməyib: Maksim Oreşkin, Dmitri Kozak, Vitali Mutko, Olqa Qolodets, Veronika Skvortsova, Olqa Vasilyeva, Vladimir Medinski, Maksim Topilin, Pavel Kolobkov.


Oxunma sayı: 13432

Oxşar yazılar