Məzahir Pənahov: "Seçki demokratiyanın göstəricisidir"

  • 22 Yan - 2020

“Milyonlarla insanın iştirak etdiyi istənilən tədbir ideal şəkildə baş tuta bilməz. Dünyanın harasında olmasından asılı olmayaraq bu belədir”. Avropa.info xəbər verir ki, bunu "Seçki mübahisələrinin məhkəmə qaydasında həll mövzusunda keçirilən seminar-müşavirədə" Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, hansısa xoşagəlməz hal Almaniyada baş verəndə bunu təsadüf kimi qəbul edib, problemi həll edib aradan qaldırırlar: "Amma bu xoşagəlməz hal Azərbaycanda baş verəndə buna təsadüf kimi baxanlar az olur. Seçki elə bir prosesdir ki, digər maraqlı olan qurumlara ölkənin daxili işlərinə qarışmaq imkanı verir. Çünki demokratiya heç bir xalqın daxili işi deyil, bütövlükdə bəşəriyyətin işidir. Demokratiyanın göstəricisi isə seçkilərdir". 


Oxunma sayı: 3037

Oxşar yazılar