SEPAH komandiri evində qətlə yetirildi

  • 12:45 - 22 Yanvar

İranın cənub şərqində yerləşən Darhovində SEPAHA-a bağlı Bəsic təşkilatının komandiri, kapitan Əbdülhüseyn Mücəddəmi evinə hücum edən naməlum silahlılar tərəfindən öldürülüb.

Avropa.info xəbər verir ki, Fars agentliyinin yaydığı məlumata görə, hadisə Şadqan şəhərinin Darhovin yaşayış məntəqəsində baş verib. Kapitanın evinə hücum edən şəxslər maskalı olub. 

Şadqan valiliyi hücumla bağlı istintaqın başladıldığını və ictimaiyyətin məlumatlandırıldığını deyib.


Oxunma sayı: 18448

Oxşar yazılar