Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı - Bu ərazidə

  • 12:43 - 22 Yanvar

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Bu barədə Avropa.info-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".


Oxunma sayı: 9439

Oxşar yazılar