Süleymani ilə birgə öldürülən Mühəndisinin yerinə Həşdi Şəbi onu gətirdi

  • 12:26 - 22 Yanvar

ABŞ-ın keçirdiyi əməliyyat zamanı İran generalı Qasım Süleymani ilə birlikdə öldürülən Həşdi Şəbinin sədr müavini Əbu Mehdi Əl Mühəndisinin yerinə Əbu Əli Bəsri gətirilib.

Avropa.info xəbər verir ki, qərarı Həşdi Şəbi şurası qəbul edib.

Kurdistan 24 kanalının xəbərinə görə, İraqda İranın dəstəklədiyi Bədir briqadasının 1-ci komandanı olan Bəsrinin yeni 1998-ci ildə Əbu Mehdi Mühəndis, 2000-ci ildə Hadi Əmiri tutub.

2003-cü ildə İraq Təhsil Nazirliyində müşaviri vəzifəsinə gətirilən Bəsri, daha sonra Əmək Nazirliyinin müşaviri təyin edilib.

İŞİD-in İraqda hücuma keçdiyi 2014-cü ildə isə Həşdi Şəbiyə qoşuldu və əməliyyatlar üzrə komandir oldu. 


Oxunma sayı: 10781

Oxşar yazılar