ABŞ qarışdı – 22 min nəfər avtomat silahlarla küçələrə çıxdı (Foto)

  • 12:11 - 22 Yanvar

ABŞ-ın Virciniya ştatında on minlərlə insan Demokratların silah nəzarəti ilə bağlı qanunvericilik tətbiq etmək qərarına qarşı etirazlara başlayıb.

Avropa.info xəbər verir ki, ştat rəsmiləri silah qadağasına etiraz aksiyasına çıxanların 22 min nəfər olduğunu açıqlayıb.

Etirazçılar ştatın Demokrat qubernator Ralph Northamın əleyhinə şüarlar səsləndiriblər.

Dondurucu soyuqlara baxmayaraq toplaşan nümayişçilərin bir çoxunun kamuflyaj geyindikləri və orduda istifadə olunan silah daşıdıqları diqqət çəkib. 

Virginanın qubernatoru Northam, ciddi təhlükəsizlik tədbirləri alındığı nümayişin insidensiz keçdiyinə görə "minnətdar olduğunu" və "təhlükəsizliyi təmin etmək üçün əlindən gələni edəcəklərini" söyləyib.

Demokrat millət vəkilləri nümayişin əyalət parlamentində silah nəzarəti ilə bağlı tədbirlərin gücləndirilməsi ilə qanun layihəsinin qəbuluna təsir etməyəcəyini deyiblər.

Demokratlar Virciniyada silah gəzdirməklə bağlı qanunlarının sərtləşdirilməsinin cəmiyyətin təhlükəsizliyini təmin edəcəyini iddia edirlər.

ABŞ Prezidenti Donald Tramp isə "Tvitter"dən nümayişçilərə dəstək mesajı paylaşıb.

 


Oxunma sayı: 30757

Oxşar yazılar