Kirayəyə veriləcək mənzillərin aylıq ödəniş qiyməti açıqlandı

  • 12:07 - 22 Yanvar

Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş qiyməti Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Avropa.info xəbər verir ki, bu barədə qafqazinfo-ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Qeyd edək ki, bu gün saat 10:00-dan bu mənzillər üzrə elektron müraciətlərin qəbuluna başlanıldı. 


Oxunma sayı: 5171

Oxşar yazılar