Çin yeni təhlükəli virus qarşısında aciz qaldı

  • 11:45 - 22 Yanvar

Çində sürətlə yayılan koronavirusun yeni tipinə 440 yoluxma faktı qeydə alınıb.

Avropa.info xəbər verir ki, virusun qurbanlarının sayı isə 9 nəfərə çatıb. Bu barədə ÇXR-in Səhiyyə və Gigiyena üzrə Dövlət Komitəsinin sədri Li Bin məlumat verib. Onun sözlərinə görə, Çin hökuməti virus ocağı Uxan şəhərinə Beynəlxalq Səhiyyə Təşkilatının mütəxəssislərini, həmçinin Honqkonq, Makao və Tayvan mütəxəssislərini dəvət edib. 

Li Bin virusun qarşısının alınması üçün Çinin beynəlxalq əməkdaşlıq edəcəyini bildirib.

Virusun Çin xaricində biri ABŞ olmaqla üç ölkədə qeydə alınıb. 


Oxunma sayı: 8416

Oxşar yazılar