Üç aylıq böhrandan sonra Livanda yeni hökumət quruldu

  • 11:04 - 22 Yanvar

Livanda etirazlar üzündən 29 oktyabrda istefa verən hökumətin yerinə Hizbullah hərəkatına yaxın olduğu bildirilən Həsən Diyabın baş nazir olduğu yeni hökumət qurulub.

Avropa.info xəbər verir ki, Livan prezidenti Mişel Avn yeni hökuməti qurmaq vəzifəsi verilən Həsən Diyabı və parlament sədri Nəbih Berriyi iqamətgahında qəbul edib.

Diyab formalaşdırılacaq yeni kabinet üzvlərinin adlarının əks olunduğu siyahı Avna təqdim olunub.


Oxunma sayı: 6117

Oxşar yazılar