Bakıda yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

  • 10:35 - 22 Yanvar

Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın olub.

Avropa.info-nun məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Natiq Əliyev küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Yanğın binanın 16-cı mərbəsində yerləşən elektrik şitində meydana gəlib, sakinlər binadan təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.


Oxunma sayı: 4929

Oxşar yazılar