Tieri Mariani: "Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq"

  • 22 Yan - 2020

“Qanunverici orqana seçkilər hər zaman cəmiyyət üçün önəmli olub. Azərbaycanda keçiriləcək parlament seçkiləri də bu baxımdan vacib əhəmiyyətə malikdir”.  Avropa.info xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında Avropa Parlamentinin üzvü, fransalı parlamentari Tieri Mariani bildirib.

“Hesab edirəm ki, yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq. İnanıram ki, formalaşacaq yeni parlament ölkə üçün mühüm qərarlar qəbul edəcək”, - deyə Tieri Mariani vurğulayıb.

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı gələcəyinin olduğunu söyləyən fransalı parlamentari bu əlaqələrin hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. 


Oxunma sayı: 2960

Oxşar yazılar