Razi Nurullayev İmişlinin Otuziki və Nurulu kəndlərində seçicilərlə görüşüb: “Onlar mənə inandı”-FOTOLAR

  • 21 Yan - 2020

Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

Avropa.info xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən namizədliyini irəli sürmüş Razi Nurullayevin seçicilərlə görüşlər keçirir. Razi Nurullayev bu gün İmişlinin  Otuziki kəndində seçicilərlə görüşüb. Bu barədə o, özünün “facebook” səhifəsində yazıb. 

“İnsanlar qəzəbli, narazı, əsəbi, yorğun, ümidsiz toplaşdılar. Mən danışdıqca üzləri açıldı, gözləri işıqlandı və ümidləri cücərdi. Ayrılanda mehriban, ümidli, inamlı, səfərbər olunmuş şəkildə ayrıldılar.

Onlar mənə inandı və bütün rayonu ayağa qaldıracaqlarını dedilər. Çünki, onlar gördü ki, Razi Nurullayev öz həyatını yox, onların həyatını dəyişdirmək istəyir" –deyə, R.Nurullayev qeyd edib.

Razi Nurullayev İmişlinin Nurulu kəndində də seçicilərlə görüşüb.  Onun sözlərinə görə, Nurulu sakinləri seçkilərdə ona dəstək verəcək: “Nurulu kənd camaatı birmənalı olaraq məni dəstəklədiklərini dedilər. 9 fevral Nurulular "Razi Nurullayev" deyəcək.  İmişlilərin fərqli deputatı olacaq”.

Razi Nurullayev soyuq havada görüşə gələn fədakar insanlara minnətdarlığını bildirib: “Nurulu kəndində evlər bir-birindən az qala bir kilometr aralıdır. Görüş yeri isə çox uzaq. Bu soyuq gündə gələn bütün ağsaqqallara, kənd mollasına, ziyalılara, gənclərə və körpələrə təşəkkür edirəm”.

Deputatlığa namizəd kəndin sosial problemlərinə diqqət çəkib:

“Nurulu kəndinin bir neçə problemi var: Kəndin yolu bərbaddır. Bir də kəndin ətrafından keçən və İmişlinin özünü, Otuziki, Muradalılı, Nurulu və digər kəndləri Bakı-Bəhrəmtəpə yoluna birləşdirən yolun 6 km-i yarımçıq qalıb. Deputat yol çəkən deyil, amma söz kimi silahı var. Sözümüzü deyəcəyik”.


Oxunma sayı: 3290

Oxşar yazılar