73 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd Murad Cəfərov Şəhidlər Xiyabanını ziyarət edib - Fotolar

  • 21:48 - 21 Yanvar

73 saylı Lənkəran şəhər seçki dairəsindən namizəd Murad Cəfərov Lənkəranda seçicilərlə görüşüb, rayonun Şəhidlər Xiyabanında yerləşən "Şəhidlər xatirə abidə kompleksi"ni ziyarət edib.

Avropa.info xəbər verir ki, deputatlığa namizədi abidəni ziyarət mərasimində seçiciləri də müşahidə edib. Böyük coşqu ilə keçən görüşdə rayonun ictimai fəalları, yerli sakinlər iştirak ediblər. Görüş zamanı seçiciləri dinləyən namizəd dairədəki durumla maraqlanıb: “Seçmək, seçilmək hüququ da vətəndaşlarımıza verilən və Konstitusiya ilə müəyyən olunan müstəsna hüquqlardan biridir. Vətəndaşlarımız öz gələcək taleyinə biganə qalmamalı, seçkilərə qatılaraq öz namizədini dəstəkləməlidir. Bu baxımdan vətəndaşlarımızın seçkilərə böyük maraq göstərməsi sevindirici haldır” deyə namizəd qeyd edib


Oxunma sayı: 9197

Oxşar yazılar