İmişlidə vətəndaşların növbəti qəbulu keçirilib - Fotolar

  • 20:20 - 21 Yanvar

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev vətəndaşlarla növbəti səyyar görüş-qəbulu keçirib. 

Avropa.info xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və vətəndaşlar iştirak edib.
 İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, İmişli rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib. O, qeyd edib  ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir. Görülən bütün bu işlər əhalimizin yaxşı yaşaması, insanlarımızın fəaliyyəti üçün iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır.
 Qəbulda vətəndaşların qaldırdıqları məsələlər ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir. Eyni zamanda qaldırılmış bir sıra məsələlər elə qəbul zamanı öz həllini tapmışdır. 

 


Oxunma sayı: 8174

Oxşar yazılar