Zakir Həsənov Tbilisidəki Qəhrəmanlar meydanını ziyarət edib

  • 21 Yan - 2020

Gürcüstanda rəsmi səfərdə olan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də Tbilisi şəhərində yerləşən Qəhrəmanlar meydanındakı Gürcüstanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış memorialı ziyarət edib. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, ənənəyə uyğun olaraq nümayəndə heyətinin rəhbəri abidənin önünə əklil qoyub, digər üzvləri isə memorial qarşısına çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri davam edir.

 


Oxunma sayı: 2806

Oxşar yazılar