"İran mənə casus olmağı təklif etdi" - Həbsdə olan Avstraliya-İngiltərə vətəndaşı

  • 17:44 - 21 Yanvar

İranda 10 il həbsə məhkum olunan Avstraliya-İngiltərə vətəndaşı adı Kayl Mur Gilbertə azad olunması qarşılığında İran üçün casusluq etmək təklifi verildiyi iddia olunub.

Avropa.info xəbər verir ki, bu barədə İngiltərənin “Guardian” qəzetinin Tehrandakı həbsxanadan sızdırılan və Gilbert tərəfindən yazıldığı iddia olunan məktublara istinadən yazdığı xəbərdə deyilir.

Gilbertin 2019-cu ilin iyul-dekabr aylarında göndərdiyi məktublarda həbsinin siyasi səbəblərlə bağlı olduğu və həbsxanada pis rəftara məruz qaldığı qeyd olunub. 

“Guardian”ın iddiasına görə, Gilbertin iranlı rəsmilərə yazdığı məktubda deyilir:

“Lütfən bu məktubu İran İnqilabı Keşikçiləri Korpusu Kəşfiyyat İdarəsi ilə işləmək üçün mənə təqdim etdiyiniz təklifin rəsmi və qəti rədd cavabı kimi qəbul edin. Heç bir şərtlə bu qərarımı dəyişdirməyə razı olmayacam. Mən bir casus deyiləm. Heç bir zaman casus olmadım və heç bir ölkənin casusluq təşkilatı adına işləməklə maraqlanmıram. İranı tərk etdiyimdə zorakılıq və təhdidlərin kölgəsi altında deyil, azad şəkildə yaşamaq istəyirəm”.

Avstraliyalı elmi işçi həbsxana rəsmilərinə yazdığıa başqa məktubda isə özününü günahsız olduğunu və “sübutsuz və qurama ittihamlarla” həbsdə qaldığını qeyd edib.

Qeyd edək ki, biri elmi işçi olmaqla Avstraliya-İngiltərə vətəndaşlığına sahib iki qadın və avstraliyalı bir kişi həbs olunaraq Tehran həbsxanasına göndərilmişdi. Kayl Mur Gilbertə 10 il həbs cəzası verilmişdi.


Oxunma sayı: 9692

Oxşar yazılar