38 saylı dairənin seçiciləri: "Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik" – Video

  • 17:42 - 21 Yanvar

Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Naqif Həmzəyevin seçiciləri ilə görüşləri davam edir.

Avropa.info xəbər verir ki, seçicilərlə görüş üçün nəzərdə tutulmuş yerlərdə görüşlər keçirən Naqif Həmzəyev həmçinin 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin ərazisində olan məhəllələrdə olur, seçicilərlə grüşür.

Seçiçilər də öz növbəsində deputatlığa namizədin görüşlərinə böyük maraq göstərir, onları maraqlandıran sualları Naqif Həmzəyevə ünvanlayırlar.

Seçicilərin fəallığı ilə keçən görüşlərdə Naqif Həmzəyev bildirib ki, V çağıırış Milli Məclisin deputatı kimi fəaliyyətim dövründə də qapımız hər zaman bütün seçicilərin üzünə açıq olub. Seçicilərimin etimadını doğrultmağı həmişə özümə borc hesab etmişəm, səlahiyyətim çərçivəsində müraciətlərinizin həllinə çalışmışam. 

Naqif Həmzəyevin V çağıırış Milli Məclisin deputatı kimi fəaliyyətini yüksək dəyərləndirən seçicilər birmənalı olaraq, növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.

Naqif Həmzəyev seçicilərə səmimiyyətə və isti münasibətə görə təşəkkür edib, fevralın 9-da fəal olmağa, seçkilərə qatılmağa, etimadlarını doğruldacaq namizədə səs verməyə çağırıb.


G9J--1pXC9g

Oxunma sayı: 3499

Oxşar yazılar