Qazaxıstan çekistləri beynəlxalq mafiyanın azərbaycanlı “bankirini” yaxaladı – Pulları xaricə köçürürmüş... (Video)

  • 21 Yan - 2020

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi beynəlxalq cinayətkar qruplaşmanın “bankiri” olan Azərbaycan vətəndaşını saxlayıb.

Virtualaz.org Komitənin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, əməliyyat yanvarın 15-də keçirilib. Milli Təhlükəsizlik Komitəsinin Nur-Sultan şəhəri üzrə departamenti xüsusi təyinatlı “A” dəstəsinin döyüşçülərinin dəstəyi ilə Azərbaycan vətəndaşını saxlayıb. Həmin şəxsin adı açıqlanmır, o transmilli cinayətkar sindikatın fəaliyyətini maliyyələşdirməkdə ittiham olunur.

“Saxlanılan şəxs pul vəsaitlərinin transmilli cinayətkar şəbəkənin Türkiyədə olan liderlərinə köçürməklə məşğul olub”,-açıqlamada deyilir.

Bildirilir ki, maliyyələşmə yerli sahibkarlardan reket yolu ilə toplanan pullar hesabına olub. Saxlanılan şəxs istintaq təcridxanasında saxlanılır, istintaq tədbirləri aparılır.

 


RRnEG3OpHbM

Oxunma sayı: 3895

Oxşar yazılar