Rusiya təyyarələri İdlibi vurdu – Xeyli sayda insan ölüb

  • 17:01 - 21 Yanvar

Rusiya döyüş təyyarələri səhər radələrindən etibarən İdlibin Bara, Bsida və Masaran kəndlərini, Hələbi qərbində yerləşən Kəfər Dael, Mansura, Kəfər Təal, İrhab, Takad, Şamiko və İndomi kəndlərinə zərbələr endirib.

Avropa.info xəbər verir ki, “Ağ bretlilər”in verdiyi məlumata görə, İdlibin Bara kəndində 2, Hələbin qərbindəki Kəfər Təal kəndində bir ailədən 6-ı uşaq 9, Takad kəndində isə 1 nəfəri uşaq olmaqla 12 mülki şəxs ölüb.

Əsəd ordusu və İranın dəstək verdiyi xarici terror qruplarının hücumundan qaçan mülki əhali Türkiyə sərhədinə yaxın əraziyə köç etməyə davam edir.

Suriya Müdaxilə Koordinatorluğunun məlumatına görə, 12 yavardan bu yana hücumlar nəticəsində 62 mülki şəxs həyatını itirib, 31 min 500 nəfər qaçqın düşüb.


Oxunma sayı: 6733

Oxşar yazılar