ABŞ İncirlik hərbi bazasından çıxır? – Türkiyəli rəsmidən sensasion açıqlama

  • 16:34 - 21 Yanvar

Türk Hərb-İş Həmkarlar Təşkilatının Adana şöbəsi sədri Erdal Akalın amerikalı şirkətlərin İncirlik aviabazasında işləyən 424 türk işçisinin işdən çıxarılma fəaliyyətinə başladığını bildirib.

Avropa.info xəbər verir ki, Akalın “Amerika İraq, Suriya və Türkiyədən çıxmaq isəyir. Bu səbəbdən şirkət işçi azaldır” deyib. 890 nəfər türk işçinin işlədiyi İncirlik aviabazasında fəaliyyət göstərən ABŞ-ın “Vectrus” işəgötürmə şirkəti 32 nəfəri qadın olmaqla 424 nəfərin işdən çıxarılacağı barədə Türk Hərb-İş Həmkarlar Təşkilatına məlumat verib. 

Məsələ ilə bağlı konfrans keçirən Türk Hərb-İş işdən çıxarılmaların insanlara pis təsir edəcəyini, bu addımın kütləvi işdən çıxarıldığını bəyan edib.

“İraq, Suriya və Türkiyədən çıxmaq istədiklərini bildirirlər və bununla bağlı kadr dəyişikliyinə getmək istəyirlər. ABŞ hökuməti çıxmaq istəyir. Şirkət sadəcə hökumətin səlahiyyət verdiyi miqyasda işçi işlədir. Şirkətin nümayəndələrinin dediyi sözlər bunlardır” – Erdal Akalın deyib. 


Oxunma sayı: 15027

Oxşar yazılar