MSK Gülər Əhmədovanın müraciətini təmin etmədi

  • 16:33 - 21 Yanvar

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürümüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib.

G.Əhmədova müraciətində qeyd edib ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib və dairə seçki komissiyası (DSK) namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.


Oxunma sayı: 2938

Oxşar yazılar