Ramiz Zeynalov: "7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb"

  • 21 Yan - 2020

Ötən il dövlət yol polisi əməkdaşları ölkə ərazisində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov İdarədə keçirilən 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

R.Zeynalov bildirib ki, yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin "elektron hökumət" dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb:

"Hesabat dövründə avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib, bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb.

Yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar ki, onların da 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb".


Oxunma sayı: 2905

Oxşar yazılar