Prezident İlham Əliyev Davosda Nailə Əsgərzadəyə müsahibə verib - Foto

  • 21 Yan - 2020

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində "Rossiya 1" telekanalının azərbaycanlı jurnalisti Nailə Əsgərzadəyə müsahibə verib.

Avropa.info xəbər verir ki, bu barədə Nailə Əsgərzadə "İnstagram" hesabında məlumat yayıb.

“Ənənəvi olaraq Davos forumunda işə Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə ilə başlamışam. Efiri izləyin”,- deyə jurnalist qeyd edib.

Qeyd edək ki, yanvarın 21-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu (WEF) işə başlayır.

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

“Birgə və davamlı dünyanın maraqlı tərəfləri” mövzusunda keçirilən foruma 117 ölkədən 2 mindən çox siyasətçi, akademik, iş adamı və qeyri-hökumət təşkilatlarının nümayəndəsi qatılacaq. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclas keçiriləcək. Yanvarın 24-dək davam edəcək Dünya İqtisadi Forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunacaq.

Forumda ABŞ Prezidenti Donald Tramp, Almaniya Kansleri Angela Merkel, İtaliyanın Baş Naziri Cüzeppe Konte, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, İspaniyanın Baş Naziri Pedro Sançes, İsveçrə Prezidenti Simonetta Sommaruqa, Əfqanıstan Prezidenti Əşrəf Qani, Avstriyanın Baş Naziri Sebastian Kurts, Kolumbiya Prezidenti İvan Duke, Finlandiyanın Baş Naziri Sanna Marin, Yunanıstanın Baş Naziri Kiryakos Mitsotakis, Niderlandın Baş Naziri Mark Rutte, Norveçin Baş Naziri Erna Sulberq, Pakistanın Baş Naziri İmran Xan, Ukrayna Prezidenti Vladimir Zelenski, BMT-nin Baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard iştirak edəcək.


Oxunma sayı: 3202

Oxşar yazılar