Bakıda qardaş qardaşı toyuğa görə öldürdü - Məhkəmə

  • 21 Yan - 2020

Bakı Apelyasiya Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağaməli Kərimovun barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Avropa.info APA-ya istinadla xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2018-ci ilin oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan A.Kərimov evində münaqişə zəminində qardaşı Ədili Kərimovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.

Məlum olub ki, qardaşlar arasında dava toyuq saxlamaq üstündə baş verib. 19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çox qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb

Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə A. Kərimov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Oxunma sayı: 2828

Oxşar yazılar